İnək südü ziyanlı imiş...
Hər gün qəbul edilən xeyirli ,orqanik məhsullar sırasında süd ən keyfiyyətlisi sayılırdı.Son zamanlar xarici mətbuatda alimlərin apardığı araşdırmalar zamanı sensasion nəticələr əldə edilib.Sən demə süd xərçəng xəstəliyi yaradırmış.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,Dünya Səhiyyə Təşkilatı inək südünü "Xeyirli qida məhsulları" siyahısından çıxarıb. Çünki elmi tədqiqatlarla sübut olunub ki:
- sənayedə istehsal edilən süd onkologiyaya səbəb olur;
- inək südü dəmir defisitli anemiyaya yaradır;
- inək südündən istehsal edilən süni qidalar uşaqlarda erkən yaşda ateroskleroz, diabet və piylənmə verir.
Siz hələ də inək südündən hazırlanmış süni qidanın ana südündən daha xeyirli olduğunumu düşünürsünüz?
Nəhayət ki, inək südünün ziyanı haqqında açıq şəkildə danışmağa başlayıblar. Sənaye şəraitində süd zavodlarında istehsal edilən "gigiyenik" südün tərkibində isə onkoloji xəstəlikləri törədən hormonlar var. Bol südlü rasionu olan insanların əksəriyyətində isə qan azlığı (anemiya) aşkar edilir. Süd yağı isə ateroskleroz və ürək-damar sisteminin problemlərinin səbəbkarıdır. Bunlar havadan-sudan əldə edilmiş məlumatlar deyil. Hətta Dünya Səhiyyə təşkilatı inək südünü "Xeyrili qida məhsulları" siyahısından çıxarıb.