Braziliyada bir gündə koronavirusdan 620 nəfər ölüb
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 23 101 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 340 197 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 620 nəfər ölüb, ölənlərin ümumi sayı 107 852 nəfər təşkil edir.