sehiyye.info

Moskvada koronavirusdan daha 28 nəfər ölüb

Moskvada koronavirusdan daha 28 nəfər ölüb
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 28 nəfər ölüb.

Sehiyye.info xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 28 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 4 087 nəfərə çatıb. İyulun 9-na olan məlumata görə, Moskvada 227,4 minə yaxın koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, paytaxtda 162 mindən çox xəstə sağalıb.//Trend



REKLAM