sehiyye.info

Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb 1 Mart, 2019 17:34

Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb 1 Mart, 2019  17:34
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramına başlanılıb.

Belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdə dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

Proqrama kliniki kardioloqlar, psixoloqlar, reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.



REKLAM