sehiyye.info

Ölkə səhiyyəsində yenilik

Ölkə səhiyyəsində yenilik
Azərbaycan Respublikasında ilk dəfə olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb. Bu xəstələr üçün məktəb yaradılıb.



Dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.



Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.



Səhiyyə Nazirliyi Mətbuat Xidməti



REKLAM