sehiyye.info

Kardioloqlar qozun və badamın müalicəvi əhəmiyyətə malik olmasını sübut ediblər

Kardioloqlar qozun və badamın müalicəvi əhəmiyyətə malik olmasını sübut ediblər
Cəmi bir ovuc qoz şəkərli diabet xəstələrinin ürəktutma və ya insult keçirməsi riskini xeyli azalda bilir. Bu, vacib kəşfdir. Axı metobolik pozuntulardan əziyyət çəkən şəxslərin ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri aparıcı yer tutur.

Sehiyye.info bildirir ki,AZƏRTAC “MedDeyli” saytına istinadla xəbər verir ki, gündə təqribən 7 ədəd qoz və ya 24 ədəd badam yeyən diabetiklər cəmi bir həftədən sonra özlərini xeyli yaxşı hiss ediblər. Bu halda ürək-damar xəstəliklərindən ölüm və ya bu xəstəliklərin kəskinləşməsi riski, müvafiq surətdə 34 faiz və 17 faiz azalıb. Diabet aşkar edilənə qədər mütəmadi olaraq qoz yeyən adamların ürək-damar xəstəlikləri üzündən vaxtsız ölüm halları 25-27 faiz azalıb.

İşemiya xəstəliyinin kəskinləşməsi riski 11-15 faiz azalır. Bütövlükdə qoz və badam yeyən xəstələrin qanında şəkərin səviyyəsi, qan təzyiqi göstəriciləri və damarların divarcıqlarının işi xeyli yaxşılaşıb.



REKLAM