Azərbaycanda koronavirusa yoluxanların sayı 1800-ü keçib, 1325 nəfər sağalıb, 24 nəfər vəfat edib
İndiyədək Azərbaycanda 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143.079 test aparılıb.