Çin və İtaliyadan gələn həkimlərin hansı xəstəxanalarda işlədiyi açıqlandı
“Hazırda Çindən və İtaliyadan Azərbaycana işçi qruplar gəlib. Biz onlarla sıx əməkdaşlıq edirik”.
Sehiyye.info xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yoluxma daha çox olan ölkələrin həkimləri ilə əlaqə saxlanılır: “Onlayn rejimdə postsovet ölkələrinin həkimləri ilə də müzakirə olunur. Bu xəstəliklə bağlı təcrübəsi daha çox ölkələrin mütəxəssislərini dəvət edirik və təcrübə mübadiləsi aparırıq”.
TƏBİB rəsmisi bildirib ki, həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir: "Hazırda bir çox ölkədə yoluxmanın sayı azalmaya doğru gedir və vəziyyət nəzarət altındadır. Çindən və İtaliyadan gələn mütəxəssislər ən çox xəstə qəbul edən xəstəxanaların həkimləridir. Onlar bizim həkimlərimizə və təşkilati işlərdə çalışanlara ciddi köməklik göstərirlər”.//report