sehiyye.info

İrandan və İtaliyadan qayıdan dörd Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb

İrandan və İtaliyadan qayıdan dörd Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb
İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti sabit ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.



REKLAM