sehiyye.info

Azərbaycana Çinin Uhan şəhərindən ekspertlər gələcəklər

Azərbaycana Çinin Uhan şəhərindən ekspertlər gələcəklər
Xatırladaq ki, COVID-19-la mübarizədə yerli mütəxəssislərə dəstək üçün indiyədək Türkiyə, Kuba və Rusiyadan Azərbaycana həkim qrupları, eləcə də ÜST nümayəndələri gəliblər

“Koronavirusla mübarizə sahəsində Azərbaycan hökuməti beynəlxalq əməkdaşlığı davam etdirir”.

Sehiyye.info bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün İtaliyadan olan bir qrup həmkar Azərbaycana gəlib: “Çindən də Uhanda fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə ölkəmizə gəlməsi nəzərdə tutulur”.

Xatırladaq ki, COVID-19-la mübarizədə yerli mütəxəssislərə dəstək üçün indiyədək Türkiyə, Kuba və Rusiyadan Azərbaycana həkim qrupları, eləcə də ÜST nümayəndələri gəliblər.//sputnik.az




REKLAM