Xərçəngin müalicəsində mühüm kəşf: şişin böyüməsini dayandırmaq olacaq
Prostat xərçənginin inkişafı BRD4 geninin aktivliyindən asılıdır. Bu genin fəaliyyəti dayandırılarsa, şişin gedişatını yavaşlatmaq və ya hətta dayandırmaq mümkündür.
Sehiyye.info “TASS” Agentliyinə istinadən xəbər verir ki, bunu Boston Universitetinin mütəxəssisləri kəşf edib.
Belə ki, prostat xərçəngi olan xəstələrdən yığılmış xərçəng hüceyrələri üzərində araşdırma aparılıb.
Bioloqlar xüsusilə BET ailəsindən olan bir genin bağlanacağı təqdirdə prostat xərçəngi hüceyrələrinin davranış və görünüşünün necə dəyişəcəyini araşdırıblar.
Bu günlər arasında BRD4 geni ön plana çıxıb. Bu genin deaktiv edilməsi xərçəng hüceyrələrinin inkişafını əsaslı dərəcədə azaltdığı halda, aktivləşdirilməsi isə metastazın dərəcəsini artırıb.
Qeyd edilib ki, elm adamları bu genin fəaliyyətinə təsirli şəkildə maneə törədə biləcək dərman axtarır.//TED.az