sehiyye.info

Xərçəng müalicəsində yeni dərman! – Şiş ya kiçilir, ya da tamamilə yox olur

Xərçəng müalicəsində yeni dərman! – Şiş ya kiçilir, ya da tamamilə yox olur
Hurriyyet.org xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yerləşən Onkoloji Tədqiqatlar Universitetinin köks və bağırsaq xərçəngi xəstələri üzərində sınaqdan çıxardığı bir dərmanın bəzi hallarda şişin böyüməsini yarıbayarı azaltdığı, bəzi hallarda isə şişi tamamilə yoxa çıxardığı aşkar edilib. Alimlər xərçəng hüceyrələrinin öz DNT-lərini təmir eləmək qabiliyyətini hədəfə alan dərman üzərində çalışıblar.

Yüksək dərəcəli xərçəng xəstələri üzərində sınaqdan keçirilmiş dərmanın bəzən şişin böyüməsini 71% həcmdə azaltdığı, bəzən isə tamamilə məhv elədiyi müşahidə edilib.

Araşdırmanın rəhbəri professor Con de Bono deyib: “Bu cür erkən dövrdə belə nəticələr əldə eləmək bizim üçün böyük bir cəsarət və motivasiya mənbəyi oldu”.

Köks, bağırsaq və yumurtalıq xərçəngi ağırlaşmış olan 40 xəstə üzərində aparılan araşdırmalarda xəstələrin bəziləri təkcə dərman, bəzilərinin isə həm dərman, həm də kimyəvi müalicə alıb. Dərmanın kimyəvi müalicə ilə birlikdə tətbiq elədiyi xəstələrdə şişin yayılma sürətində böyük bir azalma müşahidə edilib.

Digər tərəfdən isə, yalnız dərman müalicəsi alan və bağırsaq xərçəngi olan bir xəstədə şişin tamamilə yoxa çıxdığı bildirilib.

İlkin tədqiqat mərhələsi başa çatmış dərmanın yeni testlərdən keçirilməsi nəzərdə tutulur.



REKLAM