Gürcüstan koronavirus əleyhinə peyvənd almağa hazırlaşır
Gürcüstan koronavirus əleyhinə peyvəndin ölkəyə gətirilməsi ilə bağlı 2 xarici şirkətlə danışıqlar aparır.
Sehiyye.info xəbər verir ki,“Report”un məlumatına görə bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, peyvəndin sınaqları yekunlaşandan və effektivliyi təsdiqlənəndən sonra Gürcüstan bu preparatı alan ölkələrin arasında olacaq.