Meymunlar üzərində koronavirus təcrübəsi
Koronavirusun sürətlə genişlənməsi pandemiya ilə bağlı tədqiqatların da genişlənməsinə səbəb olub.
Sehiyye.info xəbər verir ki, Çində meymunlar üzərində aparılan araşdırma alimləri şoka salıb. Belə ki, koronavirusa yoluxdurulan meymunlar virusa qarşı qısa müddətdə toxunulmazlıq inkişaf etdiriblər. Yüngül simptomlarla müşahidə edilən iki həftəlik xəstəlikdən sonra meymunlar tamamilə sağalıb.
Meymunlar üzərində aparılan tədqiqatın nəticəsi maraqla qarşılansa da, bu tədqiqat da insanlarda virusa qarşı immun sisteminin necə formalaşdırla biləcəyi ilə bağlı suala aydınlıq gətirməyib. Əksinə, alimlərin fikrincə, insan immun sisteminin koronavirusa qarşı necə toxunulmazlıq əldə edəcəyini öyrənmək üçün illər lazım gələcək.//Moderator