Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor 3 VACİB FAKTI AÇIQLADI
Türkiyəli professor Mehmet Ceyhan qardaş ölkədə koronovirusa yoluxmaların artmasının səbəblərini izah edib.
Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, professor koronavirus xəstələrinin gündəlik sayının 1000-dən aşağı düşdüyü, lakin məhdudiyyətlərin aradan qaldırılmasıyla bu rəqəmlərin 1500-ü ötməsinə münasibət bildirib. Mehmet Ceyhan üç səhvi sadalayıb. Professorun sözlərinə görə, simptomları olmayan insanlar xəstəliyi yayılmasına səbəb olub, məhdudiyyətlərin aradan qaldırılmasının təsiri isə düzgün hesablanmayıb.
“Başqa bir səbəb axtarmağa ehtiyac yoxdur, dünya iqtisadi və sosial səbəblərə görə məhdudiyyətləri aradan qaldırmaq məcburiyyətindədir. Lakin sərt karantin tədbirləri aradan qaldırıldıqdan sonra bir çox məsələlər düz hesablanmayıb” , - elm xadimi açıqlamasında qeyd edib.
O, xəstəliyinin yayılmasının 3 əsas səbəbini belə izah edib:
1. Simptomatik xəstələr: Heç bir xəstəlik əlamətləri bilinməyən insanlar virusu bütün dünyada yaymağa davam etdilər.
2. Pandemiyanın fəsli yoxdur. Odur ki, infeksiyanın yay aylarında zəiflməsi ilə bağlı deyilənlər doğru deyil.
3. Məhdudiyyətlərin aradan qaldırılmasının təsiri məlum deyildi, hesablanmadı.