sehiyye.info

Tanınmış professor koronavirus YALANLARINI İFŞA ETDİ

Tanınmış professor koronavirus YALANLARINI İFŞA ETDİ
Almaniyanın tanınmış mikrobioloq və infeksionisti Suçarist Bakdi demək olar ki, bütün dünyanı narahat edən koronavirus haqqında fikirlərini bölüşüb. Yoluxucu xəstəliklər üzrə mütəxəssis problemin tamamilə süni şəkildə şişirdildiyini iddia edir. O, bildirib ki, hər gün eyni viruslardan daha çox insan ölür və heç biri çaxnaşmaya səbəb olmur.

Sehiyye.info professorun müsahibəsindən vacib məqamları təqdim edir:

- Demək olar ki, bütün dünya narahatdır və vəziyyət günü-gündən pisləşir. Ümumiyyətlə koronavirus nədir?

- Viruslar bütün dünyada var, həm heyvanlarda, həm də insanlarda tapıla bilər. Bir qayda olaraq, bu cür viruslar tibbi baxımdan heç bir rol oynamır, çünki yüngül qrip simptomları ilə müşahidə olunur, hərarət və ya burun axmasına səbəb olur. Yaşlı insanın bəzi xəstəlikləri varsa, asanlıqla risk qrupuna düşə bilər.

- Ancaq bu qrup viruslardan biri ortaya çıxaraq dünyanı qorxuya salıb.

- Koronavirus Çində aşkarlandı və dünyaya yayıldı. Göründüyü kimi, bu qrup virus əvvəlki viruslardan daha çox ölüm halları ilə müşayiət olunur. Eyni zamanda, oxşar mənzərənin yaşandığı İtaliyadan SOS siqnalı gəldi. Ancaq qeyd etmək vacibdir ki, virusun yayıldığı dünyanın digər bölgələrində koronavirusdan ölüm halları 4 faizdən 6 faizə qədər qeydə alınmayıb. Məsələn, Cənubi Koreyada ölüm faizi təxminən 1, Böyük Britaniyada isə 0,3 faizdir.Publika.az



REKLAM