sehiyye.info

İsti hava koronavirusu niyə məhv etmədi? - Professor açıqladı

İsti hava koronavirusu niyə məhv etmədi? - Professor açıqladı
“İkinci artım dövrünü yaşayan İrana baxırıq. Hava çox istidir. Deməli, havanın temperaturunun pandemiyaya heç bir təsiri yoxdur”.

Sehiyye.info xəbər verir ki, bu sözləri Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib.

Professor bildirib ki, havanın temperaturuna aldanmamaq lazımdır: “İstiliyin pandemiya üzərində müsbət təsirinin olacağını və pandemiyanın iyunun əvvəlində bitəcəyini bir çox insan dilə gətirdi. Burada diqqətdən qaçan iki əhəmiyyətli nöqtə var. Onlardan birincisi, pandemiya mövsümi xəstəliklərdən fərqlidir. Onun mövsümü olmaz. İkincisi, ABŞ-da aparılan modelləşdirməni araşdırma kimi dəyərləndirdilər. Doğru olmadığını gördük”.Publika.az



REKLAM