sehiyye.info

Millət vəkilindən həkimlərə bağlı təklif: “Əmək haqları artırılsın!”

Millət vəkilindən həkimlərə bağlı təklif: “Əmək haqları artırılsın!”
Elman Məmmədov: “Onların bilik və bacarığına hər zaman ehtiyacımız var”


Dünyada koronavirusa qarşı mübarizənin əsas ağırlığının həkimlərin üzərinə düşdüyü hər kəsə məlumdur. Məhz həkimlərin fədakarlığı sayəsində pandemiyaya qarşı cəbhə almaq, onunla mübarizə aparmaq mümkün olub.



Sehiyye.info bildirir ki,Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov həkimlərlə bağlı konkret təkliflə çıxış edib. Millət vəkili həkimlərin əmək haqlarının artırılmasını vacib hesab etdiyini bildirib:

Millət vəkilindən həkimlərə bağlı təklif: “Əmək haqları artırılsın!”

“Həkimlərin pandemiyaya qaşrı mübarizədəki əməyi göz önündədir. Bu baxımdan həkimlərə maddi-mənəvi dəstəklə bağlı atılan bütün addımları alqışlayır, bunu olduqca faydalı hesab edirəm. Fürsətdən istifadə edib bir təklif də mən irəli sürmək istəyirəm. Hesab edirəm ki, həkimlərin əmək haqqısının artırılmasına ehtiyac var. 6-7 il tibb təhsili alan həkimlərimiz var ki, onlar hansısa xəstəxanalarda 200-250 manat məbləğində əmək haqqı ilə çalışır. Ancaq indi belə bir çətin vəziyyət yarananda, səngərə atılmaq, döyüşmək lazım olanda həkimlərin şərəfli, gərəkli əməyi hər birimizin yadına düşür. Necə ki, pandemiya başlayanda hər birimiz onlara ehtiyac duyduq.



Ona görə təklif edirəm ki, həm həkimlərimizin, həm də bütün tibbi personalın əmək haqları onların hansı sahədə çalışmasından asılı olmayaraq artırılsın. Həkimlərimizə, tibb işçilərimizə yüksək əmək haqqı verilməlidir. Bilməliyik ki, onların bilik və bacarığı hər an bizim üçün gərəklidir. Odur ki, onların maddi təminatını gücləndirmək, sosial rifahını daha yaxşılaşdırmaq üçün bütün imkanalrdan istifadə etməliyik”.



REKLAM