Moskvada həkimlərin evə getməsinə qadağa qoyuldu, hotellərdə məskunlaşacaqlar
Moskva şəhərində koronavirusla mübarizə aparan tibb işçiləri xəstəxanaların yaxınlığında yerləşən hotellərə yerləşdiriləcək, onların qida və digər zəruri xidmətləri dövlət hesabına təmin ediləcək.
TASS agentliyi xəbər verir ki, bu barədə Moskvanın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk məlumat verib.
“Həkimlərimiz koronavirusla mübarizədə ön cərgədədirlər. Məhz onların fədakar xidmətləri nəticəsində səhiyyə sistemində yüklənmələrin qarşını almaq mümkün olur. Moskva şəhərinin hotellərində həkimlərimiz üçün bütün lazımi şərait yaradılacaq”, - A.Nemeryuk söyləyib
A.Nemeryuk bildirib ki, tibbi personalın evdən kənarda qalması onların doğmalarını koronavirusa yoluxmaq riskindən qorumaq və ətraf mühitlə təmaslarını minimuma endirmək məqsədi daşıyır.