Azərbaycanda COVID-19-a yoluxanların sayı 16424 çatıb, 9026 nəfər sağalıb, 198 nəfər vəfat edib
Azərbaycanda indiyədək ümumilikdə 16424 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.APA