sehiyye.info

Kardioloqdan xəbərdarlıq - İftardan sonra siqaret çəkmək infarkt riskini artırır

Kardioloqdan xəbərdarlıq - İftardan sonra siqaret çəkmək infarkt riskini artırır
Bəzən oruc tutan şəxslər iftardan dərhal sonra siqaret çox çəkirlər. Kardiloqlar isə insanlara bunun ağır fəsadlar törədə bilmə risqinin olduğunu deyirlər. Bəs görəsən bunun hansı fəsadları ola bilər? Daha ətraflı növbəti sujetmizdə tanış ola bilərsiniz.

Mustafa kimi bir çoxları iftardan sonra dalbadal bir neçə siqaret çəkir.

Kardioloq isə bildirir ki, oruc tutan zaman siqaret aludəçisi olan şəxsin orqanizmdə nikotin əskikliyi yarandığından, iftardan sonra bir neçə siqaret çəkməli olur. Amma bu çox təhlükəlidir. Çünki orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalır, bu təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə odur ki, bu, infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

Həm iftarda, həm də sonrakı saatlarda çox yemək və maye qəbul etmək də orqanizm üşün zərərlidir.

Həkim həmçinin məsləhət gördü ki, iftarı açandan sonra sulu yeməklər və bol meyvə tərəvəz qəbul etmək məsləhətdir.



REKLAM