"Arbidol" sırf kommersiya maraqlarına xidmət edir, koronavirusa heç bir təsiri yoxdur- Professor
"Son günlər "Arbidol" preparatı "COVID 19"un müalicəsində əsas vasitə kimi tövsiyə olunur. Mənə söylədilər ki, bu preparat hətta Təbibin tövsiyə protokollarına da daxil edilib. "COVID 19"un müalicəsində Dünya təcrübəsində istifadə olunan bütün preparatlar, o cümlədə Arbidol haqqında mən "COVID 19" haqqında yazdığım silsilə məqalələrdə geniş məlumat vermişəm. "COVID 19" mövzusuna yenidən qayıtmağın zərurət olduğunu hiss edirəm və yaxın günlərdə bu mövzuya bir də qayıdacam".
Sehiyye/info xəbər verir ki, bunu professor Musa Qəniyev bildirib. Professor "Arbidol" və onun koronavirusun müalicəsində istifadəsi barədə yazıb.
“Arbidol" preparatının ticari adıdır. Onun patentləşməmiş adı Umifenovir-dir. Bu preparatdan 1974-cü ildən, yəni Sovet İttifaqı vaxtından istifadə olunur. Yeni preparat deyil. Uzun illər ondan qrip və digər virus mənşəli xəstəliklər zamanı istifadə olunub. 2013-cü ildən UST tərəfindən virusəleyhinə dərman maddəsi kimi qeydiyyatdan keçsə də, bu istiqamətdə hazırda tədqiqatları tam başa çatmadığına görə, ÜST onun "COVID 19" zamanı istifadəsini məsləhət bilmir. Bu preparatdan yalnız Rusiyada istifadə olunur. Ondan Çində kiçik xəstə qrupu üzərində effektivliyinin yoxlanılması məqsədilə sınaq müalicəsi aparılıb. Effektivliyi “Plasebo” dəyərindən statistik fərqlənmədiyinə görə, "COVID 19"un müalicəsində istifadəyə tövsiyə olunmub. Digər olkələrdə isə ondan ümumiyyətlə heç vaxt istifadə olunmayıb.
Düzdür onun "COVID 19" xəstələri üzərində effektivliyini Çənubi Koreyada da yoxlamaq istəyirdilər. Lakin koreyalı alimlər sonda bunu etmədilər. Xatırlatmaq istəyirəm ki, Rusiyada bu preparatın istehsalı ilə məşğul olan əczaçılıq birliklərinin başında çox nüfuzlu və imtiyazlı şəxslər durur.
ST Arbidolun effektivliyini dəyərləndirməsə də təkcə 2013-cü ilin l yarısında Arbidolun satışlndan 1,14 milyard manat gəlir götürülmüşdür. Yəni ən çox təbliğ olunan preparatlardan biridir. Odur ki, bilin bu preparat Rusiyadan alınır və o, bizdə də sırf kommersiya maraqlarına xidmət edir. Yəni Arbidola ümüd yeri kimi baxmaq lazım deyil".Yeniavaz.com