Dünya bu metoddan danışır: Koronavirusa yoluxanların 90%-i sağaldı
Çin xalq təbabəti COVID-19-un müalicəsində effekt verib.
Sehiyye.info xəbər verir ki, bunu Çin Dövlət Administrasiyasının Ənənəvi Çin Tibb Partiyası Komitəsinin rəhbəri Yu Yanhun deyib.
Onun sözlərinə görə, ilk növbədə iki dərman xüsusilə effektiv olub:
"Onlar 13 çiçək və otdan hazırlanıb. Həmin preparatlar hərarəti və öskürəyi azaldır, sətəlcəmin aradan qalxmasına kömək edir. Onlardan əsasən yüngül simptomları olan xəstələrin müalicəsində istifadə edilib. Dərmanlar italiyalı həkimlər tərəfindən tanınıb. 100 min paket həb koronavirusla mübarizə üçün İtaliyaya göndərilib. Daha 100 mini yaxın vaxtlarda göndəriləcək. Ağır xəstələrə isə beş bitkidən hazırlanan iynədən ibarət müalicə üsulu tətbiq edilib. Həmin vasitə sepsis və yüksək temperaturda həddindən artıq qan laxtalanmasının qarşısını alır və iltihab əleyhinə təsir göstərir".
Çində koronavirus pnevmaniyası olan xəstələrin 91,5% -i Çin təbabəti vasitəsilə müalicə edilib. Onların 90%-də müsbət nəticə qeydə alınıb.Publika.az