Yeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılır
1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya vakant yerlər elan edilib.
"Report" xəbər verir ki, maraqlanan namizədlər CV-lərini iyulun 1-dək hr@tabib.gov.az ünvanına “Modul xəstəxana” başlığı ilə göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir. Yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq. Əməkhaqqı barədə müsahibədə məlumat veriləcək.
Vakant yerlər aşağıdakılardır:
Qəbul şöbəsi:
Həkim - 1 yer
Tibb bacısı - 1 yer
Tibbi heyət:
Reanimatoloq - 3 yer
Terapevt - 11 yer
Pulmonoloq - 2 yer
İnfeksionist - 4 yer
Nefroloq - 1 yer
Kardioloq - 1 yer
Epidemioloq - 1 yer
Tibb bacısı (qardaşı) - 60 yer
Kiçik tibb bacısı (qardaşı) - 30 yer
Laborant - 6 yer
Aptek (provizor) - 1 yer
Qeyri-tibbi heyət:
Mühafizə - 4 yer
Porter - 2 yer
Sürücü - 1 yer
Elektrik - 1 yer
Qazanxana işçisi - 2 yer
Qeydiyyatçı - 5 yer
Kompyuter operatoru - 2 yer
Fəhlə - 2 yer
Anbar -1 yer
Biomedikal - 1 yer
Texnik - 1 yer