Maskanı çənənin altına keçirmək daha TƏHLÜKƏLİDİR
Küçə, supermarket və iri ticarət mərkəzlərində tibbi maskasız gəzənlər və çox vaxt maskanı çənəsinin altında saxlayanlara tez-tez rast gəlirik. Belələri unudurlar ki, maska çənənin altında saxlamaq üçün deyil. Həkim kimi onu demək istəyirəm ki, ağız boşluğundan başqa burun boşluğu da var. Maska ilə təkcə ağız boşluğu deyil, burun boşluğu da örtülməlidir.
Sehiyye.info AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib. Onun sözlərinə görə, yalnız ağız boşluğunun örtülməsi tibbi cəhətdən heç bir fayda vermir, çünki burun vasitəsilə də nəfəs alınıb-verilir: "Təəssüf ki, karantin tədbirləri yumşaldılandan sonra əhali arasında bundan sui-istifadə halları yarandı. Kim necə gəldi, o cür də hərəkət etdi".
Epidemioloq bildirib ki, virus kimdənsə nəsə soruşmur, təbiətdə dövr edir. Yaxın olduqda yoluxma ehtimalı daha çox olur. Lakin karantin rejimi yumşaldılandan sonra nə sosial məsafə gözlənildi, nə də maskadan istifadə edildi. Bəzi saytlar, informasiya mənbələri, bəzi şəxslər əhalidə çaşqınlıq yaradan xəbərlər yaydılar. İnfeksion xəstəliklərdə sağlam virus gəzdirənlər var, bunu əhaliyə tibbi dildə tədris etmək lazım deyil. Bunu həkimlər bilirlər: