Koronavirus necə yayılır? - VACİB MƏLUMAT
Koronavirus xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər.
Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilir ki, COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər.
Bu, damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir.
Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə də düşür.
İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər.
Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.
Qeyd edək ki, dünyada 266 073 nəfər koronavirusa yoluxub və indiyədək 11 184 ölüm faktı qeydə alınıb.
Göstərilən statistikaya görə, yoluxmuşların sayı gündə 32 min artaraq 266 073-ə, virusa yoluxma hadisələrinin sayı 1344 nəfər artaraq 11184-ə çatıb.
Ən çox yoluxma və ölüm halları Avropa bölgəsində qeydə alınıb - 128 541 yoluxma və 6000 ölüm halı.