Səhiyyə naziri Qubada vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 21-də saat 11:00-da Quba Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları sakinlərinin müraciətlərini, şikayətlərini və fikirlərini dinləyəcək, lazımi tədbirlər görüləcək.
Qəbulda iştirak etmək istəyənlər Quba MRX-də qeydiyyatdan keçə bilərlər.