sehiyye.info

Siqaret çəkənlər koronaya yoluxmur? - Rus mütəxəssis

Siqaret çəkənlər koronaya yoluxmur? - Rus mütəxəssis
Siqaret çəkənlər COVİD-19-dan daha qorxunc xəstəliklərin daşıyıcıları ola bilər.

Sehiyye.info xəbər verir ki, bu sözləri onkologiya üzrə rusiyalı mütəxəssis Vladimir Levşin deyib.

O bildirib ki, siqaret çəkənlərin koronavirusa yoluxmadığı yönündə yayılan iddialar əsassızdır:

"Koronavirus siqaretdən asılı olanlara daha pis təsir göstərə bilər. 5-6 ildir ki, siqaret çəkən insanın xroniki bronxiti olur. Bronxit isə pnevmoniya olmaq riskini daha da artırır. Siqareti tərgidə bilməyənlər özlərini haqlı çıxarmaq üçün hekayələr uydurur".



REKLAM