sehiyye.info

Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA

Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
“COVID-19 aşkarlanan insanlarla son 14 gün ərzində sıx ünsiyyətdə olan şəxslər mütləq şəkildə təcili tibbi yardıma müraciət etməlidirlər”.

Sehiyye.info xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, koronavirus faktı aşkarlanan şəxslərlə eyni binada yaşayanlar təlaşlanmamalıdır:

“COVID-19 virusu aşkarlandığı andan 14 gün əvvələ qədər həmin şəxslə sıx ünsiyyətdə olan, onun qaldığı evə giriş-çıxış edənlərin təcili tibbi yardıma müraciət etmələri məsləhətdir. Amma koronavirusa yoluxmuş şəxslərlə eyni binada qalan, tibbi maskadan istifadə edən və gigiyena normalarına riayət edənlər narahat olmaya bilər. Təlaşlanmağa ehtiyac yoxdur, yoluxma ehtimalı çox aşağı səviyyədədir”.Oxu.Az



REKLAM