Azərbaycanda koronavirusa yoluxmuş daha 122 nəfər sağaldı - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxduğu aşkarlanmış 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da ümumi sağalanların sayı 712 nəfərə çatıb.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.