sehiyye.info

Ermənistan üçün ən pis ssenari açıqlandı - Yarım milyon...

Ermənistan üçün ən pis ssenari açıqlandı - Yarım milyon...
Nazir eyni zamanda qeyd edib ki, hazırda Ermənistanda tibbi avadanlıq, tibbi personal və çarpayı çatışmazlığı yoxdur.

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan ölkəsində koronavirus epidemiyasının yayılmasına dair ən pis ssenarinin olacağını istisna etməyib. Sputnik Ermənistan xəbər verir ki, bunu nazir parlamentdə səhiyyə komitəsinin iclasında bildirib.

O vurğulayıb ki, əgər vəziyyət nəzarət altında qalsa, vətəndaşlar təhlükəsizlik qaydasına ciddi şəkildə riayət etsələr, onda gələn ilin yazında pandemiya səngiyəcək.


Nazir qeyd edib ki, Ermənistanda koronavirus infeksiyası ilə mübarizə dörd əsas komponentdən ibarətdir – test, aşkarlanma, izolyasiya və müalicə: "Hələlik bunların hamısı üçün resurslar kifayət edir". Biz həmişə vəziyyətin inkişafına dair ən pis ssenarini nəzərə alırıq, lakin daha yaxşısının baş verəcəyinə ümid edirik. Lakin biz lazımi qaydalara riayət etməsək və vəziyyət nəzarətdən çıxsa, onda koronavirusa yoluxanların sayı 500 minə çatacaq, xəstəxanaya yerləşdirilənlərin sayı bir neçə min olacaq. Ölənlərin sayı minlərlə olacaq".

Nazir eyni zamanda qeyd edib ki, hazırda Ermənistanda tibbi avadanlıq, tibbi personal və çarpayı çatışmazlığı yoxdur: "Lakin vətəndaşlar məsuliyyətli olmasa, onda resursların defisiti yaşana bilər".

Ermənistanda koronavirusa yoluxanların sayı 2507-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.


Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 121 nəfər artıb.

Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 39-dur. Xəstəlikdən sağalanların sayı 1071-ə çatıb.

Hazırda Ermənistanda 1393 nəfər virusdan müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,5 milyonu keçib, 247 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.




REKLAM