Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu
Türkiyədə 601 səhiyyə işçisində COVID-19 aşkarlanıb.
Sehiyye.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
“Ümumdünya Səhiyyə Təşkilatı aşkarlanan halların 10%-nin səhiyyə işçilərində qeydə alındığını açıqlayıb. Bizdə belə faiz yoxdur. Ölkəmizdəki sayı demək heç ürəyimcə olmasa da, bildirməliyəm ki, 601 tibb işçisi koronavirusa yoluxub. Səhiyyə işçilərimizi qorumaq üçün əlimizdən gələni edirik”,- nazir bildirib.
Qeyd edək ki, Türkiyədə koronavirus qurbanlarının sayı 277 nəfərə çatıb. Ölkədə virusun qeydə alındığı insanların sayı isə 15,6 mini ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 911 570-i ötüb. Bunların 190 921 nəfəri sağalıb, 45 538 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.“Report”