sehiyye.info

Çindən İNANILMAZ GÖRÜNTÜLƏR: əhali küçələrə axışdı, polislər həkimləri...

Çindən İNANILMAZ GÖRÜNTÜLƏR: əhali küçələrə axışdı, polislər həkimləri...
Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı Çinin Uhan şəhəri karantindən çıxıb.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, 11 milyon əhalinin yaşadığı şəhər normal həyata geri qayıdır.

Artıq Uhanın yerləşdiyi Hubey əyalətindəki digər şəhərlərlə əlaqələr bərpa edilib. Həmin şəhərlərdə virusla mübarizə aparan uhanlı həkimlərin evlərinə qayıdışı təntənəli olub.

Belə ki, öz doğma şəhərlərinə qayıdan həkimləri sakinlər dizüstə alqışlayıblar. Qarşılama mərasimində avtomobillər hərəkəti dayandıraraq həkimlərin şərəfinə siqnal verib. Uhana qayıdan həkim briqadası insanların sevgisi və hörməti qarşısında göz yaşlarını saxlaya bilməyib. Hətta polislər belə koronavirus qəhrəmanlarını qucaqlamaqdan çəkinməyiblər.



REKLAM