Tədris Cərrahiyyə Klinikası fəaliyyətini davam etdirir.
ATU-nin rəsmiləri sosial şəbəkələrdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının fəaliyyətinin dayandırılması barədə yayılan xəbərlərə açıqlama verib.
Sehiyye.info xəbər verir ki,bu barədə ATU-nin rəsmi səhifəsində qeyd olunub.
Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstənin olması və Klinikanın Kardiologiya və Urologiya şöbəsinin bağlanması ilə bağlı məlumat yayılıb.
Qeyd edək ki, klinika iş fəaliyyətini hər zamanki qrafiklə davam etdirir.
Məsələyə açıqlama olaraq bildirmək istəyirik ki, Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasientlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. Hər ehtimala qarşı həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib. Həmin şöbələrin olduğu mərtəbə bağlanılıb və şöbə başqa mərtəbələrə köçürülüb. Həmin şöbədə dezinfeksiya işləri bir daha aparılıb. Hal hazırda klinika öz fəaliyyətini davam etdirir.