Rezidentlərin yekun attestasiyası haqqında Elan
Rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası tərəfindən aparılacaq. Yekun attestasiya iki mərhələdə (test və praktik) aparılacaq. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılır. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.
Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidir.
Yekun Attestasiyanın test mərhələsi 28.10.2019-ci il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.
Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq 30.10.2019-ci il, 31.10.2018-ci il və 01.11.2019 tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcək. Rezidentlərin göstərilən günlərdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. “Anesteziologiya-reanimatologiya”, “Terapiya”, “Şüa diaqnostikası” ixtisasları üzrə: ATU, Mərkəzi Klinika və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentləri 29.10.2019-ci il tarixində, digər klinik bazaların rezidentləri 30.10.2018-ci il tarixində imtahan verəcəklər. “Ümumi cərrahiyyə” ixtisası üzrə praktik imtahan həmin ixtisas üzrə rezidentlərin hamısını üçün iki gün, yəni 29.10.2018-ci il və 30.10.2018-ci il tarixlərində keçiriləcək. Rezidentlərin imtahana şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.
Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakı cədvəldə verilib:
İxtisaslar
Tarix
Attestasiyanın keçiriləcəyi yer
Psixiatriya
Narkologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası,
2 nömrəli Psixiatriya Xəstəxanası
Ürək-damar cərrahiyyəsi
30.10.2019
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, II mərtəbə
Ümumi cərrahiyyə
29.10.2019
30.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, X mərtəbə
Plastik cərrahiyyə
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə
Urologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XII mərtəbə
Nefrologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə
Revmatologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə
İmmunologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, I mərtəbə
Ftiziatriya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Gigiyena
29.10.2019
Azərbaycan Tibb Universitetinin
1 nömrəli tədris binası, IV mərtəbə
Mikrobiologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin
4 nömrəli tədris binası, III mərtəbə
Laboratoriya işi
29.10.2019
Azərbaycan Tibb Universitetinin
4 nömrəli tədris binası, Biokimyəvi laboratoriya
Epidemiologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin
5 nömrəli tədris binası, VII mərtəbə
Anesteziologiya-reanimatologiya
29.10.2019
30.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə
Oftalmologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə
Allerqologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, I mərtəbə
Stomatologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris mərkəzi
Onkologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası
Mamalıq-ginekologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə
Otorinolarinqologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə
Nevrologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə
Terapiya
29.10.2019
30.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VIII mərtəbə
Kardiologiya
30.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə
Qastroenterologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə
Hematologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikasının Hematologiya şöbəsi, XIII mərtəbə
Dermatovenerologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə
Yoluxucu xəstəliklər
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə
Endokrinologiya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IX mərtəbə
Pediatriya
29.10.2019
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, V mərtəbə
Şüa diaqnostikası
29.10.2018
30.10.2018
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, II mərtəbə
Üz-çənə cərrahiyyəsi
29.10.2018
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
29.10.2018
Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi
Sosial gigiyena və səhiyyənin təşkili
29.10.2018
Azərbaycan Tibb Universiteti Əsas bina IV mərtəbə İctimai sağlamlıq və səhiyyənin təşkili
Fizoterapiya və tibbi bərpa
29.10.2018
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə
Neyrocərrahiyyə
29.10.2018
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə
Travmatologiya-ortopediya
29.10.2018
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə
Uşaq cərrahiyyəsi
29.10.2018
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə
Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar ATU-nun rezidentura şöbəsi, 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.