Kimlər karantinə alınır? – TƏBİB açıqladı
Karantin şöbəsində vətəndaşlar iki qrupa bölünür: xəstəlikdə şübhəli bilinənlər və xaricdən gəldiyi üçün karantinə alınanlar.
Sehiyye.info xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
“Biz heç kimi xaricdən gətirib karantinə almırıq. Yalnız xəstəlik əlamətləri olanlar nəzarət altına götürülür. Koronavirus ətraf mühitə davamlı virus deyil. Buna görə də əşyalar vasitəsilə yayılmır. Lakin insanlar şəxsi gigiyena qaydalarına əməl etməlidirlər”, - Əliyeva bildirib.