sehiyye.info

Omanda koronavirusa iki yoluxma halı aşkarlanıb

Omanda koronavirusa iki yoluxma halı aşkarlanıb
Oman Sultanlığında iki nəfərdə COVID-19 virusuna yoluxma halı aşkarlanıb. Bu xəstələrin İrandan qayıdan qadınlar olduqları bildirilir.

AZƏRTAC Omanın Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, İrandan gələn iki qadında yüksək temperatur aşkar edilib və onlar aeroportdan dərhal kilinikaya aparılıblar. COVID-19-a yoluxmuş xəstələrin vəziyyətinin sabit olduğu və karantin şəraitində müalicə aldıqları qeyd olunub.
Omanın Səhiyyə Nazirliyi vətəndaşlara koronavirus xəstəliyinin yayıldığı ölkələrə səfər etməmək barədə müraciət edib.



REKLAM