Bakıda tibbi maskaların qiyməti bahalaşdı
Çində qeydə alınan və hazırda dünyanın bir çox ölkəsində müşahidə olunan ölümcül koronavirus səbəbi ilə Bakıda da əhali qabaqlayıcı tədbirlərə başlayıb. Apteklərdən tibbi maska alanların sayı durmadan artır.
Sehiyye.info xəbər verir ki, hələlik ölkədə bu virusa yoluxma halı ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Həmçinin hər hansısa virus, kəskin qrip də müşahidə olunmur. Buna baxmayaraq, paytaxtda maska ilə gəzənlərin sayı artıb.
Bu da təbii olaraq tibbi maskaların sayına təsir edib. Əvvəllər 10 qəpiyə satılan tibbi maskaların qiyməti 2 gündür 20 qəpiyə qalxıb. Alanların sayı çox olduğundan, bəzi apteklərdə hətta tibbi maska tapılmır.Axar.az