sehiyye.info

Neyrocərrah: Suya tullanma zamanı travma alanların sayı artıb

Neyrocərrah: Suya tullanma zamanı travma alanların sayı artıb
Hər il yay aylarında çimərlik mövsümü ilə əlaqədar boyun travmaları artır. Səbəb də insanları suya - çaya, dənizə, hovuza və s. başı üzərindən tullanmasıdır.

Sehiyye.info xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı Cəmil İskəndərov deyib.

Neyrocərrahın sözlərinə görə, yay mövsümündə məhz bu səbəbdən yaranan travmalarla həkimə müraciət edənlərin sayı çoxalır: “Bir neçə gün əvvəl bu səbəbdən travma alan növbəti xəstəni əməliyyat etdik. Onurğa beyni tam zədələnmədiyindən və erkən dövrdə əməliyyat olunduğundan xəstə normal həyatına dönə bildi. Təəssüf ki, heç də həmişə belə nəticə əldə etmək mümkün olmur. Ani əyləncə naminə ağır boyun travması alanlar da olur. Nəticədə insan ömürlük yataqda qala və ya həyatını əlil arabasında davam etdirməyə məcbur ola bilər. Bu cür tullanış peşəkar olmayanlar üçün yolverilməzdir”.

C.İskəndərov hər kəsi diqqətli olmağa və bu cür əyləncələrdən uzaq durmağa çağırıb.(Azertac)



REKLAM