Üç əsri görən dünyanın ən yaşlı qadını vəfat edib. - FOTO
XIX əsrdə dünyaya gəlmiş dünyanın ən yaşlı qadını Fatimə Mirzokuluva Tacikistanda vəfat edib. Onun 127 yaşı olub. Bu barədə “Daily Mail” xəbər yayıb.
Dövlət pasportuna görə o, 1893-cü ilin martın 13-də dünyaya gəlib. Qadın ömrünün çox hissəsini kolxozda işləyib. Onun səkkiz uşağı, 200-dən artıq nəvəsi, nəticəsi və kötükcəsi var.
2018-ci ildə qadın “The Opena Asia” nəşrinə bildirmişdi ki, böyük oğlu və iki qızının atası olan ilk əri Böyük Vətən müharibəsi dövründə həlak olub. 1951-ci ildə qadın ikinci dəfə ərə gedib. Həmin vaxt onun 58, ikinci ərinin isə 72 yaşı olub. Bundan sonra onların daha beş uşağı dünyaya gəlib. Sonuncu övladı dünyaya gələrkən qadının 66 yaşı olub.
Qeyd edək ki, Fatimə Mirzokulova Taxcikistanın şimalında Dahana şəhərində dəfn edilib.365.az