sehiyye.info

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi
Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib.

Sehiyye.info xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlumat daxil olub.

Bildirilib ki, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı birləşmiş şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O, qız uşağı dünyaya gətirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər.Report



REKLAM