Tələbələrə əməliyyatı tapşıran həkimə iş açıldı.
Üç tələbə həkim 7 saat amputasiya əməliyyatı etdilər.Bu işi təcrübəsiz tələbələrə tapşıran həkim məsuliyyətə cəlb olunub.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki,Rusiyanın Murmans vilayətində Kavdorsk xəstəxanasında üç təcrübəsiz tibb tələbəsi yeddi saat ərzində ayaq amputasiya əməliyyatı keçiriblər. Murmansk Tibb Universitetinin dördüncü kurs tələbələri Murmansk vilayətindəki Kovdorsk xəstəxanasının cərrah-həkiminin təkidi ilə əməliyyat keçirdilər. İndi həkim cinayət məsuliyyətinə cəlb olunub.
Məlumata görə həkim bu işi tələbələrə təcrübə üçün tapşırıb.Lakin həkim deyilənləri təkzib edir.Onun sözlərinə görə hər şey normaldır.Xəstə özünü yaxşı hiss edir.Əməliyyat isə uğurla keçib.
Murmansk Prokurorluğunun apardığı istintaq zamanı məlum olub ki,həkim cərrah Praktikant tələbələrə xəstəni tapşırmaqla ,xəstənin həyatını təhlükəyə atıb,səkkiz saata yaxın narkoz altında saxlanılıb.Bundan başqa həkim əvvəllər də,bu kimi hallara yol verib,dəfələrlə əməliyyatxananı və xəstəni tərk edib.Sonra qayıdıb,yenidən əməliyyatı davam etdirib.Rusiya Cinayət Məcəlləsinin 238 ci maddəsinin 1 ci bəndi ilə cinayət işi açılıb.İndi həkimi həbs cəzası,ən yaxşı halda həkimlik fəaliyyətinin ləğv olunması gözləyir.