sehiyye.info

Yanan təyyarədə həkimlər də öldü.

Yanan təyyarədə həkimlər də öldü.
Ötən gün Şeremetyevo aeroportunda yanğına məruz qalan Moskva-Murmansk aviareysinin təyyarəsində Murmansk şəhərində çalışan həkimlər də həlak olub.
Səhiyyə.infonun Rusiya mətbuatına istinadən xəbər verir ki,Həmin təyyarədə Murmanskda çalışan baş həkim Viktor Novikov,onun 12 yaşlı qızı Sofya və digər həkim Larisa Sivokon Moskvaya iş dalıyca gəlibmiş.Deyilənə görə Viktor tanınmış və qızıl əllərə malik oln həkim imiş.Təyyarə eniş edən zaman təyyarənin quyruğunun yerə dəyməsi nəticəsində yaranan yanğın zamanı salonun arxa hissəsi alovlanmışdır.Hadisə o qədər tez və ani momentdə baş verib ki,arxada oturan sərnişinlər yanğından xilas ola bilməmişlər.Xatırladırıq ki,hadisə zamanı 41 nəfər həlak olub.Həkimlər və Viktor Novikovun qızı da ,təyyarənin quyruq hissəsində yanaraq həlak olublar.Hal hazırda həkimlərin yaxınları ,cəsədləri tanımaq üçün Moskvaya gəlib.
Yanan təyyarədə həkimlər də öldü.



REKLAM