sehiyye.info

Suraxanı rayonunda baş verən avtoqəzada yaralananlara lazımi tibbi yardım göstərilir

Suraxanı rayonunda baş verən avtoqəzada yaralananlara lazımi tibbi yardım göstərilir
Bakı şəhərinin Suraxanı rayonunda ağır yol qəzası baş verib. "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baş verən avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib.

Qəza nəticəsində 6 nəfər (2-si azyaşlı olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 saylı şəhər xəstəxanasına çatdırılan yaralılara lazımi yardım göstərilib, müalicələri davam edir.



REKLAM