Qusarda zəhərlənən ailənin üzvləri ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıblar
Qusar rayonunda zəhərlənmə hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Məlumata görə, xəstəxanada müvafiq tibbi yardım göstərildikdən sonra ailə üzvlərinin vəziyyətləri normallaşıb və onlar ambulator müalicəyə buraxılıblar.