Allergiya çox yayılmış xəstəlikdir.
Son illər insanlar arasında geniş yayılan xəstəliklərdən biri də allergiyadır. Əvvəllər bu xəstəliyə min nəfərdən birində rast gəlinirdisə, indi hər 10 nəfərdən ikisi bundan əziyyət çəkir. Bir müddət əvvəl Ümümdünya Səhiyyə Təşkilatı, son illər dünya əhalisi arasında geniş yayılan xəstəliklərin siyahısını açıqlayıb. Təşkilat tərəfindən tərtib edilən bu siyahıda 3-cü yeri allergiya xəstəliyi tutur. Allergiyalı xəstələrin üstünlük təşkil etdiyi ölkələr arasında isə Almaniya, Fransa və Türkiyə ön sıralardadır.
Azərbaycanda da allergiya daşıyıcılarının çayı çoxdur. Xüsusilə də son bir neçə ildə onların sayı nəzərəçapracaq dərəcədə artıb.
İnsanlar arasında allergiya xəstəliyinin ən geniş yayılan formaları allergik və xroniki rinitdir
Allergik rinitin daşıyıcısı olan xəstə hər mövsüm vaxtlı-vaxtında lazımi müalicə kursu almalıdır. Əks halda, xəstəlik ağır sayılan dövrə keçir. Bu zaman isə rinit əlamətləri ağır formada təkcə yaz mövsümündə yox, ilboyu özünü göstərir. Xəstədə boğulma halları ortaya çıxır. Bir neçə il sonra isə həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər: "Allergik rinitin əlamətləri özünü biruzə verməyə başlayanda xəstə mütləq həkimə müraciət etməli və lazımi müalicəni almalıdır. Ancaq bəzi xəstələr allergiyanın əlamətləri özünü göstərməyə başlayanda bunun adi qrip simptomları olduğunu düşünüb həkimə üz tutmur. Bir sıra antibiotiklər qəbul edib qripin keçməsini gözləyir. Bu da allergik rinitəlamətlərini daha da kəskin hal almasına səbəb olur. Bu vəziyyət bir neçə il təkrarlandığı halda isə rinit bronxial astma xəstəliyinə çevrilir. Astma daşıyıcılarının 80 faizi bu xəstəliyi allergik və xroniki rinitdən sonra qazanır".
Düzgün müalicə aparıldıqda allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür
Allergik rinitin yüngül keçməsi üçün xəstələr yaz mövsümündən 4 ay əvvəl müalicəyə başlamalı və proses mövsümün sonuna kimi davam etdirilməlidir. Allergiya tam aradan qalxanadək bu müalicənin aparılması mütləqdir. Dəqiq diaqnoz qoyulub hər il düzgün müalicə aparıldıqdan sonra allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür. Ancaq bəzi xəstələrdə rinit simptomları uzun illər davam edir. Bunun da əsas səbəbkarı xəstələr özləridir. Çünki onlar vaxtlı-vaxtında müalicə kursu almır, allergiyanı şiddətləndirən qida məhsullarından istifadə edirlər. Bu səbəbdən də həkimlər tərəfindən aparılan müalicə 50 faiz nəticə verir.
Xroniki rinit ağır qrip, haymorit və frontit xəstəliklərindən sonra əmələ gəlir
Allergiya xəstəliyinin digər bir forması olan xroniki rinitə yoluxan zaman xəstə vaxtında tələb olunan müalicə kursu almadıqda bir müddət sonra xroniki rinit meydana gəlir. Xəstəliyin əlamətləri allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinit il boy udavam edir vu xəstə çölə çıxan zaman özünü yaxşı hiss etdiyi halda, evdə vəziyyəti ağırlaşır. Xroniki rinit zamanı xəstəyə 10 günlük müalicə kursu təyin edilir. Bununla paralel xəstəliyin şiddətlənməsinə şərait yaradan amillər aradan qaldırılır. Xəstələrə tük və yundan yox yalnız sintetik materialdan hazırlanan yataqda yatmaq tövsiyə edilir. Ev şəraitində olan zaman xəstədə rinitin əlamətləri artdığı üçün ona mümkün qədər təmiz havada gəzmək və allergiya yaradan mühitdən uzaq durmaq məsləhət görülür. Bu müalicə kursu yekunlaşdıqdan sonra isə xəstənin qoluna sınaqlar qoyulur və allergiyanı törədən amil dəqiq müəyyən edilir. Bundan sonra amil aradan qaldırılır və il boyu müalicə davam etdirilir.
Həm allergik həm də xroniki rinitin müalicəsində istifadə edilən bəzi dərman preparatları Azərbaycanda olmadığı üçün onlar yalnız Rusiyadan gətirilir. Allerqoloqun sözlərinə görə, bəzi hallarda xroniki rinit əlamətlərinin şiddətlənməsinə ev heyvanları da səbəb olur. Belə ki, evdə pişik, it və tutuquşu olan zaman onların tükündən xəstədə allergiya simptomları baş qaldırır. Asqırmalar, burunda göynəmə, göz yaşarmaları, boğazda qıcıqlanma, halsızlıq bütün gün davam edir. Aparılan müalicə heç bir effekt vermir. Ancaq heyvan evdən uzaqlaşdırıldıqdan sonra xəstədə allergiya əlamətləri yavaş-yavaş keçir.
Yüngül formalı allergiya xəstəliyi insanlara genetik yolla keçir
Allergiyanın yüngül formaları insanlara genetik olaraq, əsasən də ana xəttilə keçir. Ana, nənə, baba, xala və dayıda olan allergiya genlər vasitəsilə uşaqlara ötürülür. Ancaq allergiyanın bu formasından əziyyət çəkən insanlarda yüngül simptomlar - burun göynəmələri, asqıraq və göz yaşarmaları müşahidə edilir. Bu formanın daşıyıcıları ildə bir neçə dəfə həkim müayinəsindən keçməli və müəyyən dərman preparatından davamlı istifadə etməlidir. Genetik yolla keçən allergiya xəstəliyin digər formaları arasında ən yüngülü sayılır. Bu formada ağırlaşdırıcı hallar ortaya çıxmır.