sehiyye.info

Yazın gəlişi, allergik xəstəliklər gətirə bilər.

Yazın gəlişi, allergik xəstəliklər gətirə bilər.
Sehiyye.info xəbər verir ki,yazın gəlişi ilə bağlı allergik xəstəliklərə tutula bilən,yaxud həssas adamlar ehtiyyatlı olsunlar.
Azərbaycanda allergik xəstəliklərə qarşı tibbi xidmətin yaxşı təşkil edilməsinə və xəstəxanaların əksəriyyətində bu xəstəliklə əlaqədar xüsusi şöbələrin olmasına baxmayaraq, belə xəstələr həkimlərə müraciət etməyə maraq göstərmirlər.
Azərbaycanda allergiyanın ən geniş yayılmış forması olan allergik rinit bronxial astmaya çevrildikdən sonra xəstələr müraciət edirlər.

Allergik rinit burunun selikli qişasının allergik iltihabıdır. Bu xəstəlik zamanı xəstədə burun axma, burun tutulması, qaşınması və asqırmalar olur. Bu simptomlar 88 faiz bronxial astma xəstələrində müşahidə olunur. Allergik rinitə böyüklərdə nisbətən az rast gəlinir. Bu xəstəlik 6-13 yaşlı uşaqlarda daha cox müşahidə edilir.

Allergik rinit insanlarda əsasən ilboyu və mövsümi müşahidə edilir. İl boyu davam edən allergik rinitlər məişət allergenlərinə - ev tozu, kitab tozu, məişət gənəcikləri, heyvanların, quşların epidermal allergenlərinə, kif göbələyinə, bəzi qidalara qarşı həssaslığı çox olan xəstələrdə əmələ gəlir. Bəzən dərmanlardan uzun müddət istifadə edildikdə də insanlarda dərman riniti yaranır. Mövsümi allergik rinit bitkilərin, otların, ağacların tozcuqlarına, bəzi göbələklərə qarşı əmələ gəlir. Mövsümi renit bəzi insanlarda bir ay, bəzilərində isə bir neçə ay - soyuq havalar başlayana qədər müşahidə edilir. Azərbaycanda daha çox ilboyu davam edən allergik rinitlərə rast gəlinir.

Çox zaman allergik rinit olan uşaqların ya atasında, ya anasında, ya da yaxın qohumlarında allergik rinit, bronxal astma xəstəliyi olur.

"Deməli, bu da xəstəliyin irsi yolla keçdiyini göstərir. Əgər atada, ya da anada allergik rinit, yaxud bronxial astma varsa, deməli, onların uşaqlarında bu xəstəliyin yaranma ehtimalı çox böyükdür. Ona görə də belə ailələrdə uşaqların yun yorğan-döşəyi sintifonla əvəzlənməli, yun xalçalardan imtina edilməli, gün ərzində otağın havası bir neçə dəfə dəyişdirilməlidir", - həkim qeyd edib.

Allergiyadan qorunmaq üçün allergenlərə qarşı həssaslıq yaradan amilləri aradan qaldırmaq, maşın qazı, siqaret tüstüsündən uzaq durmaq, vaxtında müayinə olunmaq, simptomatik və patogenetik müalicə aparmaq lazımdır.



REKLAM