sehiyye.info

Tibb Universitetində professor Əzəm Ağayevin 75 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Tibb Universitetində professor Əzəm Ağayevin 75 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Noyabrın 21-də Azərbaycan Tibb Universitetində professor Əzəm Ağayevin 75 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Onun o qədər də uzun olmayan ömür yolu hər kəs üçün örnək ola bilər. Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirən Əzəm Ağayev yarı yaşa çatmasa da, ləyaqətli bir ömür yaşayıb. Onu tanıyanların hər biri Əzəm müəllimi xeyirxah həkim, vicdanlı müəllim, gözəl ziyalı və səhiyyə təşkilatçısı, vəfalı dost kimi ən xoş, ən səmimi duyğularla xatırlayırlar. O, tələbəlik illərindən öz təşkilatçılığı, işlədiyi dövrdə xeyirxahlığı, vətənpərvərliyi, alicənablığı ilə seçilən, gənc nəslin yüksək peşəkar kimi yetişməsinə can yandıran müəllim, əxlaqi və mənəvi dəyərlərə sahib olan bir ziyalı idi...

AZƏRTAC xəbər verir ki, görkəmli alim, bacarıqlı səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əzəm Ağayevin 75 illiyinə həsr olunmuş elmi konfransda bu barədə danışılıb.

Konfransı universitetin tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev Əzəm müəllimin aspirantlıqdan assistent, dekan müavini, dekan və prorektorluğa qədər keçdiyi həyat yolu haqqında məlumat verib.

Professor Əzəm Ağayevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov professor Əzəm Ağayevin tələbəlikdən alimliyə doğru pillə-pillə ucalan ağır zəhmət və çətinliklərlə dolu, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Vaqif Şadlinski uzun illər dostluq etdiyi professorun tələbəlik və müəllimlik həyatından, dekan müavini, dekan və prorektor kimi işgüzar keyfiyyətlərini xatırladıb. Qeyd olunub ki, Əzəm müəllim əlli yaşının tamamına bir neçə gün qalmış dünyadan getsə də, özündən sonra həmişə onu ən xoş və ən səmimi hisslərlə yada salacaq çoxlu xatirələr qoyub.

Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev və terapevtik və pediatrik propedevtika kafedrasının professoru Yaqub Qurbanov mərhum alimlə bağlı yadda qalan həzin, kövrək xatirələrini dilə gətiriblər, onun insani keyfiyyətlərindən, yaxın dostluq, mehriban qonşuluq münasibətlərindən ətraflı söhbət açaraq onunla bağlı xoş xatirələrini bölüşüblər.

İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev atasının xatirəsinə göstərdikləri yüksək ehtirama görə universitet rəhbərliyinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Tibb Universitetində professor Əzəm Ağayevin 75 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Tibb Universitetində professor Əzəm Ağayevin 75 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Tibb Universitetində professor Əzəm Ağayevin 75 illiyinə həsr olunmuş elmi konfrans keçirilib



REKLAM