sehiyye.info

Azərbaycan Tibb Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Tibb Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Sehiyye.info xəbər verir ki, Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən kafedranın müdiri, professor Natəvan Hacıyeva Nəsiminin yaradıcılığı və ədəbi irsi barədə danışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan” jurnalının redaktor müavini Əsəd Cahangirin, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Sevil Mehdiyevanın şairin həyatı, yaradıcılığı, dil üslubu ilə bağlı etdiyi çıxışlar maraqla qarşılanıb.

Tədbir bədii hissə ilə davam etdirilib.



REKLAM