sehiyye.info

Bir milyon insan korluqla üz-üzə...

Bir milyon insan korluqla üz-üzə...
Son illər Şəkərli diabet xəstələrinin sayı durmadan artır.
Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,Türkiyədə son on oldə diabet xəstələrinin sayı 11 milyona çatıb.Diabet, göz orqanlarına təsir göstərir.Türk Oftalmologiya Dərnəyi Üzvü professor Dr. Ziya Kapran, "Türkiyədə 1 milyon şəkər xəstəliklərinə bağlı korluq riski olan çalışan əhali var" dedi. Kapran, 11 milyon şəkərli diabet xəstəsinin yüzdə 10-unun ağır retinal xəstəlik səbəbiylə gözlərini tamamilə itirmə təhlükəsi olduğunu söylədi.Dünyada 300 milyon diabet xəstəsinin olduğunu ifadə edən Kapran, 20 ildən sonra bu sayının 1 milyarda çatacağını söylədi. Türkiyədə Diyabetin artım sürətinin Avropanın üç qatı, dünyadakı digər ölkələrin də iki qatı olduğuna diqqəti çəkən Kapran, həyat tərzindəki dəyişikliklər, daha az məşq, bəslənmə vərdişlərindəki dəyişikliklər və günün əhəmiyyətli bir hissəsinin masa başında keçirilməsinin diabetli xəstə sayının artmasına səbəb olduğuna işarə etdi.



REKLAM